Ermənistan prezidenti: Bu gün Ermənistan çətin tarixi dövr yaşayır

28
Mar
2024
19:14

Ermənistan bu gün çətin tarixi dönəmdən keçir və çox mürəkkəb hadisələrin episentrindədir. 

Azreform.info xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan İrəvanda elmi konfrans iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.

Müraciətdə həmçinin qeyd olunub ki, bu baxımdan belə konfranslar müvafiq konsepsiyaların axtarışı üçün yaxşı fürsətdir: "Cənubi Qafqaz həmişə elmi və mədəni qovşaq olub və elə də qalır. Elm problemlərin, maneələrin həllində və sivil tolerantlığın formalaşdırılmasında zəmanətli açar ola bilər. Ümid edirəm ki, konfrans tamamilə geosiyasi reallıqların ayıq qiymətləndirilməsi rolunu oynayacaq”.

Mürtəza
Azreform.info