Ailə üzvlərini qətlə yetirdi, yasa gələnlər cənazəsinə arxasını çevirdi - FOTO

27
Mar
2024
14:07

Türkiyənin İstanbul şəhərinin Bahçelievler bölgəsində 35 yaşlı şəxs anasını və bacısını qətlə yetirib.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Beyoğlu Nüsrətiyyə Məscidində Uğur Falay adlı şəxs odlu silahla ana və bacısını öldürüb.

O, Hüsna Falay (58 yaş) və İrem Falayı (21 yaş) qətlə yetirdikdən sonra öz canına qıyıb.

Fotoda İrem Falay

Cibgirlik, narkotik maddə istifadəsi, qəsdən yaralama və oğurluq kimi fərqli əməllərə görə əvvəllər 20 dəfə saxlanılan U.Falayın həbsxanadan icazə ilə çıxdığı, bu gün isə icazə müddətinin bitdiyi üzə çıxıb.

Ailə üçün təşkil olunan vida mərasiminə qatılanlar arasında 21 yaşlı mərhum basketbol məşqçisi İ.Falayın tələbələri də qatılıb.

Tələbələr cənazə namazı qılınarkən qatilin cənazəsinə arxalarını çevriblər.

Billurə