ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

27
Mar
2024
03:21

ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.

Azreform.info xəbər verir ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.

Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.

Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib.