İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib

27
Mar
2024
01:14

İsrail hökuməti ölkənin müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfərini ləğv edib.

Azreform.info xəbər verir ki, qərar ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs çağırışı edən qətnaməni veto etməməsindən sonra qəbul edilib.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni bu davranışı ilə əvvəlki siyasətindən imtinada ittiham edib.