“İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

27
Mar
2024
00:07

Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izi var. Azreform.info xəbər verir ki, bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alınıb.

Bortnikov qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub.