Moskva terroruna görə daha 3 nəfərin həbsi istənildi

25
Mar
2024
19:42

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı ilə bağlı daha üç müttəhimin həbsini istəyir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə məhkəmədə bildirilib.

“Daha üç material daxil olub: İslamov Aminçon İsrailoviç, İslamov Dilovar İsrailoviç və İslamov İsrail İbrahimoviçlə bağlı”, - qurum bildirib.

Onlar terrorçulara yardım göstərməkdə, rabitə və logistikanı təşkil etməkdə şübhəli bilinirlər. Cinayət işində iştirak edən iki nəfərə artıq rəsmi ittiham irəli sürülüb, üçüncüsü isə şübhəli olaraq qalır.