Məşhurlar xərçəng olan şahzadədən üzr istədilər: "Çox utanıram..."

25
Mar
2024
10:35

Bir sıra məşhurlar söylədiyi tənqidi fikirlərə görə, Uels şahzadəsi Keyt Midltondan üzrə istəyib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onların şahzadəni Analar Günündə paylaşdığı fotoda kiçik düzəlişlər etməsinə görə qınamalarıdır.

Belə ki, bir neçə ay heç yerdə görünməyən K.Midltonun Analar Günündə övladları ilə bağlı etdiyi paylaşımda bəzi fotoşoplar etməsi ictimaiyyət tərəfindən qınanılmışdı.
Sonradan isə xərçəng xəstəliyinə tutulduğunu açıqlayan Midltonu tənqid edən məşhurlar bir-birinin ardınca üzrxahlıq ediblər.

ABŞ-li aktrisa Bleyk Layvli paylaşımına görə utandığını deyib:

"Heç kimin vecinə olmadığına əminəm, amma bir şəkil paylaşmışdım. Həmin paylaşım məni çox utandırdı, çox üzr istəyirəm. Hər kəsə sevgi və xoş arzularımı göndərirəm".

Solçu fəal və jurnalist Oven Cons X hesabındakı paylaşımında belə deyib:

"Bu mövzuda sağlamlamlıqla bağlı ciddi vəziyyət ola biləcəyini düşünmədən spekulyasiya edən biri olaraq, açığı, çox utanıram və ona ən yaxşı arzularımı göndərirəm".

Realiti-şou ulduzu və "Atomic Kitten" qrupunun üzvü olan Kerri Katona Keyt Middlton haqqında söylədiyi fikirlərə görə üzr istəyib.

"Bir çox sui-qəsd nəzəriyyələri var idi. Düşünürəm ki, mən də onlardan biri idim" - o söyləyib.

Billurə Yunus