Mariya Qabriel hökuməti qurmaqdan imtina edib

24
Mar
2024
21:42

Bolqarıstan hökumətinin başçısı vəzifəsinə namizəd Mariya Qabriel siyasi tərəfdaşlarla razılığa gəlmək və yeni kabinet formalaşdırmaq cəhdlərini davam etdirməkdən imtina edib.

Azreform.info ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bazar ertəsi baş nazir postundan imtinam haqqında parlamentə məktub təqdim edəcəyəm”, – Qabriel deyib.

Onun sözlərinə görə, partiyası “hökumətin ikinci variantı üzrə danışıqlarda iştirak etməyəcək”.

Siyasətçi onu da qeyd edib ki, o, hökumətdəki fəaliyyətini səlahiyyət müddəti bitənə qədər davam etdirəcək.