Sankt-Peterburqda "London Mall" ticarət mərkəzindən insanlar bomba xəbərinə görə təxliyə edilib 

24
Mar
2024
21:28

Sankt-Peterburqda London Mall ticarət-əyləncə kompleksinə gələnlərin təxliyyəsi həyata keçirilir.

Azreform.info  xəbər verir ki, bunu Nevski Rayon Administrasiyasının mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.

Fövqəladə Hallar Xidməti dəqiqləşdirib ki, ilkin məlumatlara görə, ticarət kompleksində partlayıcı olması ilə bağlı yayılan xəbər yalandır.

Qeyd edək ki, Sankt-Peterburqda "London Mall" ticarət mərkəzindən ziyarətçilər bomba xəbərinə görə təxliyə edilib.