Bomba xəbəri Moskvadan İrəvana uçuşu gecikdirdi

24
Mar
2024
16:42

Moskvanın Şeremetyevo hava limanında bir sərnişin bel çantasında bomba olduğunu deyib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şeremetyevo hava limanında bomba xəbəri yayıldıqdan sonra İrəvana uçuş gecikib.

Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.