Middlton xərçəngdən əziyyət çəkdiyini açıqladı

23
Mar
2024
22:49

Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton onkoloji xəstəlikdən əziyyət çəkir.

Azreform.info xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb.

Middlton xərçəng səbəbindən əməliyyat keçirdiyini və hazırda kimyaterapiya aldığını vurğulayıb.

Qeyd edək  ki, yanvarda Kensinqton Sarayı Keyt Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu və sağaldıqdan sonra vəzifəsinə qayıdacağını açıqlamışdı.