Erməni biznesmen Ukraynada öldürüldü

20
Okt
2024
12:28

Ukraynanın Odessa şəhəri yaxınlığında erməni biznesmen Gennadi Beybutyan öldürülüb.

Azreform.info xəbər verir ki, iş adamının güllə yaraları olan meyiti və avtomobili yolun kənarında tapılıb.

“Strana” nəşrinin məlumatına görə, Behbutyanın dəstəsi xidmətdən yayınmaq üçün hərbi komissarlıqlara rüşvət verilməsi ilə bağlı korrupsiya sxemlərində vasitəçi kimi çıxış edirmiş.(publika.az)