“Crocus City Hall”un tamaşaçı zalı tamamilə yanıb

23
Mar
2024
15:42

Yanğın “Crocus City Hall”un tamaşaçı zalını tamamilə məhv edib.

Azreform.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı video göstərir.

Kadrlarda zalın divarlarının yerində metal konstruksiyalar görünür. Xilasedicilər həmin hissədə işləri davam etdirir.