Emin "Crocus"dakı terrordan yazdı: "Mənə və ailəmə..."

23
Mar
2024
04:49

"Crocus City Hall"da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm".

Azreform.info xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında yazıb.

"Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxundu. Bütün kədəri çatdırmaq üçün söz yoxdur", - o bildirib.

Qeyd edək ki, sənətçi “Krokus Qrup”un birinci vitse-prezidentidir.