Paşinyan Moskvaya səfər edə bilər

23
Mar
2024
00:21

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Belə ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10-cu ildönümü ilə bağlı yubiley sammitində iştirakı planlaşdırılır. 

Mənbələrin sözlərinə görə, baş nazirin Moskvaya səfəri bir neçə saat davam edəcək. 

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yubiley sammiti mayın 8-i keçiriləcək.