İran XİN rəhbəri və HƏMAS lideri arasında telefon danışığı olub

23
Mar
2024
00:07

İran XİN rəhbəri və HƏMAS lideri arasında telefon danışığı olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Tasnim News”un xəbərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı baş tutub. Tərəflərin Qəzzada baş verən son hadisələri müzakirə etdiyi bildirilib.