Təcili yardım təyyarəsi qəzaya uğradı - 4 nəfər öldü

22
Mar
2024
19:00

Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğrayıb. 

Yenisabah.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Qəzada iki pilot, bir həkim və bir tibb bacısının həlak olduğu bildirilir. 

Argentinanın Kordoba şəhərindən Kolumbiyanın Medellin şəhərinə uçan təyyarənin Yarumal qəsəbəsində dağlıq əraziyə düşərək yandığı qeyd olunub. Hadisə yerinə çox sayda xilasetmə işçiləri cəlb olunub. 

Qəza ilə bağlı araşdırma başladılıb.