Daha bir azərbaycanlı Ukraynada öldü - FOTO

22
Mar
2024
18:49

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. 

Azreform.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib. 

V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.