Şübhələrlə dəli Putinə kömək etməməliyik, ölüm-dirim məsələsidir - Zelenski

21
Mar
2024
19:21

Rusiya prezidenti Vladimir Putin məğlub olmalıdır, bu, demokratik dünya üçün ölüm-dirim məsələsidir.

Azreform.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib. 

Onun sözlərinə görə, Putin məğlub olandan sonra demokratik dünya üçün yaxşı perspektiv yaranmış olacaq.

“Müxtəlif çağırışlar qarşısında dözümlü olmalıyıq. Putini məğlub etmək üçün uzaqgörən olmalıyıq. Qərbin gücünə dair şübhələrlə bu dəliyə kömək edəcək vəziyyətdə qalmamalıyıq”, - Zelenski bildirib.

Mürtəza
Azreform.info