İftardan dərhal sonra bunu etməyin 10 riskli zərəri var

18
Mar
2024
20:14

Ramazan günlərində orucu açan kimi tütündən istifadə edənlər sağlamlıqları üçün təhlükə yaradırlar.

Azreform.info xəbər verir ki, həkim-kardioloq Sultan Şahhüseynov deyib: “Tütün ürək-damar sisteminə çox mənfi təsir edir, çünki ağciyərlərə siqaret tüstüsünün dolması, beyinə və ürəyə oksigen əvəzinə tüstünün daxil olması hipoksiya yaradır. Onun qəbulu ürək-damar, beyin qan dövranına pis təsir edir, şəkərli diabet xəstəliyi zamanı onu ağırlaşdırır, gözün görmə qabiliyyətini zəiflədir”.

Təxminən 15-16 saat boş qalan mədəni iftar açan kimi tütün məhsulları ilə doyurmaq həm də mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Çəkilən siqaret mədə-bağırsaq traktını qıcıqlandırır, xırda xoraların, nekrozların əmələ gəlməsi və sonradan qastrit, xora kimi xəstəliklərin yaranması ilə nəticələnir.

Əslində Ramazan boyu oruc tutmaq tütün məhsullarından istifadəni azaltmaq, hətta onu tərgitmək üçün də bir fürsətdir, çünki Ramazan həm də orqanizmin təmizlənməsi və paklanması ayıdır.