Həkim həftə sonları yatmaq vərdişindən əl çəkməyə  çağırıb

18
Mar
2024
05:07

Əczaçı Deborah Li insanları həftə sonları yatmamağa çağırıb, çünki bu vərdiş düzgün istirahətə mane olur və yorğunluğun yığılmasına kömək edir.

E-saglam.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. 

Mütəxəssisin sözlərinə görə, bir çox insanlar həftə sonları yuxusuzluğunu kompensasiya etməyə çalışsalar da, əks nəticə əldə edirlər, növbəti iş həftəsi üçün güc toplamaq əvəzinə, özlərini hədsiz və yorğun hiss edirlər. 

Mütəxəssis bunun təbii yuxu-oyanma dövrünün pozulması ilə əlaqədar olduğunu izah edib: “Gec oyanmaq orqanizmin daxili saatını pozur və yuxuya getməyi çətinləşdirir. Bu qeyri-sabit rejim ümumi sağlamlığa zərər verir, narahatlığa və digər problemlərə səbəb olur". 

Li hesab edir ki, həftə boyu ayıq qalmaq üçün eyni vaxtda yatıb-durmaq lazımdır. O deyir ki, ən azı yeddi saat yatmaq lazımdır, lakin bəzilərinin daha çox istirahətə ehtiyacı ola bilər: səkkiz, hətta 10 saat. Bu zaman o, rejimi fərdi ehtiyaclara uyğun tənzimləməyi, həftə sonları yatmaq vərdişindən əl çəkməyi, yuxusuzluğunu isə gün ərzində qısa müddətli yatmaqla kompensasiya etməyi tövsiyə edib.