Kəpəyə qarşı və saç uzadan möcüzəvi yağlar - SİYAHI

16
Mar
2024
17:07

Baş dərisində göbələk, ekzema, kəpək və qaşınma ən çox rast gəlinən saç problemlərindəndir.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, saç göbələyi xüsusilə müalicə edilmədikdə yoluxucu ola bilər. Saçda göbələk, ekzema kimi problemləri olanlar mütləq mütəxəssisə müraciət etməlidir. Ancaq bu problemlərin həlli üçün bəzi təbii vasitələr də var. 
İmmunitetin zəifləməsi, saç köklərinin təmizlənməməsi, yanlış qulluq vasitələrinin istifadəsi saçda göbələklərin yaranmasına səbəb ola bilər.
Sdalanan saç problemlərindən xilas olmaq üçün aşağıdalı təbii üsulları sınaya bilərsiniz.

Jojoba yağı (Çin simmondiyası)

Jojoba yağı baş dərisini yumşaldır və saç köklərində quruluğun qarşısını alır. Saç tellərini gücləndirərək saç tökülməsi problemini aradan qaldırır. Dəri tərəfindən çox asanlıqla sorulur. Jojoba yağı saç köklərinin nəfəs almasına və sağlam böyüməsinə kömək edir. Bundan əlavə, saçların uzadılması və qalınlaşması ən vacib həll yollarından biridir.
Jojoba yağını tək başına və ya şampun və saç kremlərinə əlavə edərək istifadə edə bilərsiniz.

Lavanda yağı

Lavanda yağı xoş qoxusu ilə ən çox seçilən saç baxım yağları arasındadır. Həm saç tökülməsini dayandırır, həm də saçların qırılaraq qopmasının qarşısını alır.
Saç köklərini qidalandırır və qan dövranını sürətləndirir. Kəklikotu və rozmarin yağı ilə birlikdə istifadə edərək, dəriyə qulluqda istifadə edərək baş dərinizi və dərinizi aşınmasının qarşısını almış olacaqsınız. Lavanda yağı ilə kəpək və quruluq problemlərini aradan qaldıra bilərsiniz.

Fındıq yağı

Fındıq yağı B1, B2, B6 və E vitaminləri ilə zəngin təbii yağdır. Saç köklərində kəpəyin yaranmasının qarşısını alır. Qidalandırıcı və bərpaedici xüsusiyyətlərə malikdir. Yalnız saçda deyil, dəriyə qulluqda da istifadə edilən fındıq yağı dərini nəmləndirir və parlaq edir.
Saç tökülməsinin qarşısını alır, nəm saxlayaraq saçlarınızın canlı və parlaq görünməsinə kömək edir. Saç baxım rutininizə fındıq yağını daxil etməklə saçınızın sağlamlığını qoruya bilərsiniz.

Arqan yağı

Arqan yağı saç baxımında ən çox istifadə edilən təbii yağlardandır. Tərkibində bol miqdarda B, E vitamini və saçları təmir edən və qoruyan bir örtük rolunu oynayan yağlar var. Saçların sağlam və güclü uzanmasına kömək edir.

Saç köklərinin qurumasının qarşısını alır, saçda vitaminləri saxlayır. Saç köklərinin nəfəs almasına kömək edir və saç tökülməsi problemini aradan qaldırır.

Zəfəran yağı 

Zəfəran yağı saç köklərindəki məsamələri açır. Saçları gücləndirir və xarici amillərin təsirindən zədələnməsinin qarşısını alır.

Saç köklərindəki quruluq problemini aradan qaldırır, tökülməsini dayandırır. Digər saç baxım yağları ilə qarışdırıla və saç köklərinə tətbiq oluna bilər. Əgər həssas baş dəriniz varsa, bu yağları tətbiq etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin.

Üzüm toxumu yağı

Vitamin və minerallarla son dərəcə zəngin olan üzüm çəyirdəyi yağı da saçları böyüdən yağlar arasındadır. Dəstəkləyici xüsusiyyətləri sayəsində bu yağ saç tökülməsinin qarşısını alır və saçların qısa müddətdə uzanmasını təmin edir. Bu şəkildə düzgün və nizamlı istifadə etdiyiniz zaman saçlarınızdakı fərqi hiss edəcəksiniz.

Rozmarin yağı 

Saç böyüməsini təşviq edən xüsusiyyətləri ilə tanınır. Tərkibində saç tökülməsinin qarşısını alan, baş dərisində qan dövranını stimullaşdıran və saç böyüməsini təşviq edən antioksidanlar var. Saçların vaxtından əvvəl ağarmasının qarşısını almaqda da təsirli olduğu deyilir.

Nanə yağı

Təravətləndirici təsiri ilə saç köklərini rahatlaşdırır və onların nəfəs almasına şərait yaradır. Nanə yağı saçları böyüdən və saç meydana gəlməsini dəstəkləyən yağlar arasındadır.

Nanə yağı müntəzəm istifadə edildikdə saç köklərinin nəfəs almasını təmin edir. Quruluq, qaşınma, kəpək və qabıqlanma kimi problemləri aradan qaldırır. Tərkibindəki komponentlər saçda quruluğun qarşısını alır, həmçinin qaşınma və baş dərisi problemlərinə yaxşı təsir edir.

Balqabaq çəyirdəyi yağı

Saç böyüməsini təşviq edən və saç tökülməsini azaldan antioksidanlar, minerallar və vitaminlərlə zəngindir. Tərkibində saçın qalınlığını və sıxlığını yaxşılaşdırmağa kömək edən unikal amin turşusu olan cucurbitin var. Balqabaq çəyirdəyi yağı saç köklərinə çəkərək saç tökülməsini dayandıra bilərsiniz.

Billurə Yunus