Bütün Avropaya yayılma təhlükəsi daşıyan virus Britaniyada aşkarlanıb.
“Medicina” xəbər verir ki, yerli informasiya agentliklərinin məlumatına görə, yeni mutant virus vərəmin yeni ştammıdır. Artıq 4-dən artıq şəxsdə xəstəlik aşkarlanıb.
Demək olar ki, əhalinin 2-də biri bu virusun daşıyıcısıdır.
Yüksək yoluxucu olan vərəm klassik vərəmdən fərqli olaraq, öskürək və digər təmasa ehtiyac duymur.
Yoluxmuş insan əvvəlcə heç bir ciddi simptom da göstərmir.
Alimlər 600 pasiyenti müayinə ediblər. Məlum olub ki, yeni virus 4 dəfə daha ölümcüldür.
İndi həkimlər onun diaqnostikası və müalicəsi üçün yeni metodlar axtarır ki, digər ölkələrə yayılmasın.