Qarqaranın təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

13
Mar
2024
18:35

Endokrinoloq Yekaterina Yanq qarqaranın təhlükələrini açıqlayıb.

Azreform.info lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qarqara üçün nəzərdə tutulan məhsulların tərkibində spirt olduğu üçün xeyirdən çox zərər verə bilər. 

Onun sözlərinə görə, bu cür məhsullar həm də ağızdakı faydalı bakteriyaları, o cümlədən metabolik proseslərdə iştirak edən və qan şəkərinin səviyyəsini tənzimləyən bakteriyaları da məhv edə bilər:

"Gələcəkdə bu, piylənmə və diabetin səbəblərindən birinə çevrilə bilər. Ümumiyyətlə, sağlam insanda yuxudan sonra səhər belə ağız qoxusu olmamalıdır.

Yatmazdan iki saat əvvəl yemək yeməmək və axşam yeməyini yüngülləşdirmək, pəhrizdəki sadə karbohidratları mürəkkəb olanlarla əvəz etmək, yeməyi turşulaşdırmaq və mədə şirəsinin turşuluğunu tənzimləmək lazımdır".