"Mineral makro-mikro elementlərin və kalsiumun çatışmazlığından bağırsaq florasının şlakı tutulur. Nəticədə orqanizmə, qana kalsium deyilən mineral sovrulmur".
Bu barədə Milli.Az-a açıqlamasında meridianterapiya, akupunktura, fitoterapiya üzrə mütəxəsis-həkim Rövşən Behbudov deyib.
"Ayaq ağrıları müxtəlif xəstəliklərdə özünü biruzə verir. Bura daxildir əzələ, damar ağrıları, sümük patologiyası, xroniki iltihabi və oynaq xəstəlikləri, bel fəqərəsinin yırtıqları, osteoxondroz, varikoz, xüsusən də aşağı ətrafın varikoz xəstəliklərində özünü daha çox biruzə verir. Araşdırmalar göstərir ki, bütün xəstəliklərin mənbəyini əsasən bağırsaq florasının pozulmasıdır. Nədən irəli gəlir? Mineral makro-mikro elementlərin və kalsiumun çatışmazlığından bağırsaq florasının şlakı tutulur. Nəticədə orqanizmə, qana kalsium deyilən mineralın sovrulmaması halı baş verir. Bu səbəbdən orqanizmdə, skletdə, depoda və onurğada olan kalsiumun toxumalara, axıb geriyə qayıtma halları baş verir ki, nəticə etibarilə ilə sümüklərdə deformasiyalar başlayır. Bunun da hesabına sümük kövrəlməsi start götürmüş olur. Bu pozulma xəstəliklərin baş qaldırmasına səbəb olur. Qalxanabənzər vəzi də bu işdə insan orqanizminin ziyanına işləyir. Daha sonra Kalsitonin Hormonu hazırlanmasında skletlərdən kalsiumun götürülməsinə səbəb olacaq. Nəticədə bədəndə kalsemiya və osteoparoz xəstəlikləri yaranır. Bu xəstəliklər də sümük əyrilməsinə gətirib çıxarır. Xəstəliyin yaranması isə ağır fəsadlara gətirib çıxara bilər. Bunun üçün də öncədən tədbirlər görmək lazımdır", deyə həkim qeyd edib.