İmmunitet cız-bızı, içalatı sevir – Həkimdən tövsiyə

12
Mar
2024
09:00

Qışdan çıxan orqanizmi vitamin-minerallarla təmin etmək, immuniteti möhkəmlətmək üçün rasiona içalat daxil etmək lazımdır.

“Medicina” xəbər verir ki, nutrisioloq Kseniya Molçanova menyuya daha çox yumurta, dəniz məhsulları, balıq, toyuq və paxlalılar daxil etməyi tövsiyə edib.

“Dəmirlə zəngin qaraciyər, mal içalatı –ürək, böyrək, midiyalar bağırsaqdan immuniteti möhkəmlədir.

Bağırsaqların öz immun sistemi var. Onlar ümumi immunitetin 80%-ni təmin edir.


Amma mal qaraciyərində olan yüksək miqdar A vitamini hamilələr üçün təhlükəlidir, döldə qüsurlar yarada bilər.

Çünki qaraciyər toksinləri filtr edir, orda toksinlər yığılıb qalır.

Daha çox toyuq içalatı, ürəyi, mədəciyi, mal dili bişirib yeyə bilərsiz. Toyuq ürəyi oksigeni orqanizmə daşımaq üçün güc verir.

Dil və toyuq mədəsi B qrup vitaminləri ilə zəngindir.