Yuxu üçün ən yaxşı 3 aromatik yağ

11
Mar
2024
02:35

Yuxu təkcə bədənin dincəlməsi üçün vacib deyil. Keyfiyyətli yuxu həm də orqanizmin bərpasını və hormonların balansını təmin edir.

Yuxusuzluq isə insanın immunitetini aşağı salır və xəstəliklərə səbəb olur. Az və keyfiyyətsiz yuxu həyat keyfiyyətini də aşağı salaraq insanın gündəlik həyatda və iş həyatında performansını azaldır.
Medicina.az xəbər verir ki, klinik psixoloq və yuxu sağlamlığı uzmanı Şelbi Herris aromaterapiyanın yuxu üçün çox vacib olduğunu bildirir.

Onun sözlərinə görə, xüsusi qoxular insanın daha tez yuxuya getməsinə, rahatlamağa kömək edir, stressi azaldır və zehni sakitləşdirir.

Mütəxəssislərin fikrincə, faydalarından yararlanmaq üçün efir yağlarından şüurlu şəkildə istifadə etmək vacibdir.

"Əsas Sağlamlıq: Müasir Bələdçi" kitabının müəllifi Sara Penton Roqier deyir ki, "yağları günün saatları və məqsədə düzgün uyğunlaşdırmaq çox vacibdir".

"Məsələn, hər gecə yatmazdan əvvəl yataq otağınız üçün eyni ətirdən istifadə etmək beyninizin və vücudunuzun yatmağa hazırlaşmağın vaxtının gəldiyini bilməsinə kömək edir", - deyə Sara qeyd edib.

Harris isə əlavə edib ki, kitab oxumaq və ya isti vanna qəbul etmək kimi həm zövqlü, həm də yuxuya uyğun olan rutinləri həyata keçirmək yuxuya getməyi daha da asanlaşdıra bilər.

Yatmazdan əvvəl düzgün efir yağını seçmək çox vacibdir. Çünki bəzi qoxular rahatlaşdırıb sakitləşdirsə də, digərləri enerji və motivasiya verir.

Mütəxəssislərin yuxu üçün tövsiyə etdiyi üç əsas efir yağını və onların faydalarını təqdim edirik:

LAVANDA

Mütəxəssislər lavandanın yuxu üçün ən əsas yağ olduğunu deyirlər.

“Lavanda yağı hissləri sakitləşdirən, zehni rahatladan və hətta stresli anlarda da ürəyə dəstək verən ən yaxşı qədim aromaterapiya vasitəsidir. Eyni zamanda reputasiyasını dəstəkləmək üçün üzərində ən çox elmi araşdırma aparılan vasitələrdən biridir", - deyə Harris vurğulayıb.

İLANQ-İLANQ

Mütəxəssislər deyirlər ki, Cənubi Sakit okeana xas olan şirin, çiçək qoxulu bu tropik ağac da yuxu keyfiyyətini artırmaq istəyənlər üçün digər bir seçimdir.

Tədqiqatlar göstərir ki, ilanq-ilanq yağı narahatlığı azaltmağa kömək edir və sinir sisteminin yenidən kalibrlənməsinə, qan təzyiqinin aşağı düşməsinə kömək edir, yuxuya getməyi asanlaşdırır.

ÇOBANYASTIĞI

Çobanyastığı çayı yuxu üçün məşhur vasitələrdən biridir. Onun tərkibindəki bitki tərkibləri müalicəvi faydalarla zəngindir.

Panton Roqiers deyir ki, efir yağı olaraq çobanyastığı bədənin yuxudan əvvəlki təbii vəziyyətini təqlid edərək ürəyin döyüntüsünü və qan təzyiqini yüngül formada azaldır.