Bəzi məhsullar cəlbediciliyi azalda bilər. Bu gözlənilməz nəticəyə Montpellier Universitetinin bir qrup fransız alimi araşdırma apararaq gəlib və nəticələr PLOS One jurnalında dərc olunub.
Azreform.info lent.az-a istinadən bildirir ki, eksperimentdə 20-30 yaş arası qadın və kişi cinsindən 104 nəfər iştirak edib. Onlara hər gün iki səhər yeməyi variantı təklif olunub. Biri zərif karbohidratlarla zəngindir (şirniyyatlar, işlənmiş qidalar), digəri isə aşağıdır. Yeməkdən iki saat sonra insanlar eyni şəraitdə fotolar çəkdiriblər. Daha sonra fotoşəkillər xüsusi qrupun nümayəndələri tərəfindən ümumi cəlbedicilik meyarlarına uyğun olaraq qiymətləndirilib.
Təcrübənin nəticələri göstərib ki, səhər yeməyində yüksək glisemik indeksi olan qidalar yeyən iştirakçılar aşağı glisemik indeksli qidaları yeyənlərə nisbətən daha az cəlbedici kimi qiymətləndirilib. Üstəlik, bu təsir cinsindən asılı olmayaraq müşahidə edilib.