Vərəm zamanı öskürək necə olur? – Pulmonoloq açıqladı

7
Mar
2024
00:07

Öskürək müstəqil xəstəlik deyil, o sadəcə simptomdur. Viruslarda da olur, ciddi xəstəliklərdə də. Hətta xərçəng və ürək xəstəliyi zamanı da öskürək olur.


“Medicina” xəbər verir ki, Rusiyanın məşhur pulmonoloqu Yevgeniy Popov vərəm öskürəyinin xarakterini açıb.

“Vərəm çox gizli və əzazil xəstəlik olduğu üçün uzun müddət gizli gedir və yoluxuculuğunu saxlayır.


İnsan öz öskürəyinin səsinə diqqətlə qulaq asmaqla vərəmdən şübhələnə bilər.

Öskürək 50 ən çox xəstəliyin xəbərçisi ola bilər.

Öskürək burun-boğazdan, mədədən, ürəkdən, ağciyərdən ola bilər.


Vərəmin ilk başlanğıc formalarında öskürək ya heç olmur, ya da çox az olur.
Artıq irəli, xroniki formada, bronx, traxeya zədələnməsində öskürək daha aydın,kobud, üzücü olur, mütləq bəlğəm gəlir və tüpürcəkdə qan izləri, ağciyər toxumasının qalıqları görünür.


Hətta öskürəyin səsinə görə, hansı hissənin daha çox zədələnməsini bilmək olur.

Vərəm diaqnozu üçün pulmonoloq auskultasiya, palpasiya, perkussiya etməli, flüoqrafiya çəkilməlidir.


İnsan özünə dəqiq vərəm diaqnozu qoya bilməz. Vərəm olanlar heç bundan şübhələnmir”.