Dərələyəz İcmasının üzvləri Naxçıvanda şəhidlər xiyabanını ziyarət ediblər

28
Noy
2023
09:55

 

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edən Dərələyəz İcmasının üzvləri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Dərələyəz İcmasının sədr müavini Möhübbət Səmədoğlu məlumat verib. O, bildirib ki, icma rəhbəri professor Mahirə Nağıqızının təşəbbüsü ilə Naxçıvanda səfərdə olan Dərələyəz İcmasının üzvvələri 25 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidləri ziyarət edən İcma rəhbəri professor M.Nağıqızı bildirib ki, 44 günülük Zəfər müharibəsi ilə qəhrəmanlıq səlnaməsi yaradan şəhidlərə ehtiram hamımızın borcudur.

Qeyd edək ki, professor Mahirə Nağıqızı ilə bərabər Dərələyəz İcmasının üzvləri Möhübbət Səmədoğlu, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, həkim Mehparə Calalova, hüquqşünas Səməd Vəkilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya elmləri doktoru Könül Səmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və digər qonaqlar Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rövşən Vəkilov, müsəssisənin əməkdaşı Ülvi Əsgərov, Şərur rayonu Dan Yeri kəndinin sakinləri müharibə veteranı Tofiq Calalov, Yusif Yusifli və əməkdar artist Elnur Zeynalov da iştirak ediblər.