Bu insanlar qarabaşaq yeməməlidir - SƏBƏB

6
Mar
2024
00:28

Hər kəs qarabaşağın faydalı olduğunu bilir. Lakin az adam bunun bəzi insanlar üçün əks təsirinin olmasından xəbərsizdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilk növbədə allergiyası olanlar qarabaşaq yeməməlidir. Çox vaxt bu məhsula allergiya Şimali Avropadan, bəzi Afrika və Asiya ölkələrindən olan insanlar arasında baş verir. Qarabaşağa qarşı dözümsüzlük varsa, ürəkbulanma, qusma, göz və burunun iltihabı, nəfəs almaqda çətinlik, öskürək, dərinin qızartı, qaşınma kimi əlamətlər özünü biruzə verir. 

Qan laxtalanmasının artması və böyrək xəstəliyi olan insanlar qarabaşaqdan ehtiyatla istifadə etməlidirlər.

Hətta sağlam insan da gündə 150-200 qramdan artıq qarabaşaq qəbul etməməlidir.

Normaya əməl edilməməsi mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər.