Əziz Orucov saxlanıldı

27
Noy
2023
20:24

“Kanal 13″ internet kanalının rəhbəri Əziz Orucovun mənzilində axtarış aparılıb.

Azreform.info xəbər verir ki, bu barədə Əziz Orucovun qardaşını Anar Orucov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Əziz Orucovun evində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb.

Vəkil Bəhruz Bayramov da bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aprıb. O, hazırda polis idarəsinə aparılır. Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.