"İkinci tipli diabetli xəstələrin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir".
Azreform.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
"Bel çevrəsinin ölçüsü ilə təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılıq var. İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır.
Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır.
Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər" - həkim söyləyib.
O qeyd edib ki, normalda kişilər üçün bel 94 sm, qadınlar üçün 80 sm-dən çox olmamalıdır.