İmmuniteti yaza hazırlamaq üçün heç bir vitamin lazım deyi

4
Mar
2024
07:14

Baharın gəlişi ilə çoxları bədənin vitamin çatışmazlığını aptek və ya mağazadan alınan qida əlavələri ilə ödəməyə çalışır və bunun onları mövsümi xəstəliklərdən qoruyacağına inanırlar.

Azreform.info xəbər verir ki, bu sözləri terapevt Lev Averbax "fedpress.ru"ya açıqlamasında deyib. O, bildirib ki, əslində immunitetin gücünü digər üsullardan istifadə edərək qorumaq lazımdır.

Həkimin fikrincə, isti geyim xəstəliklərdən qorunmağın ən yaxşı yoludur. O, mülayim havalara aldanmamağı tövsiyə edib. Həkim xəbərdarlıq edib ki, sağlam həyat tərzi də immunitetin möhkəmləndirilməsinə təsir edir.

"Vitaminlərə ehtiyac yoxdur. Düzgün qidalanma, yaxşı yuxu və məşq kifayətdir”, - Averbax yekunda vurğulayıb.(Publika.az)