İbn Sinanın əsrlər əvvəl yazdığı bəzi reseptlər bu gün də istifadə olunur.
Medicina.az xəbər verir ki, son vaxtlar sürətlə yayılan üst tənəffüs yolları problemlərindən xilas olmaq elə də asan deyil. Öskürək və bəlğəm kimi halların qarşısını almaq üçün İbn Sinanın “El-Kanun fi't-Tıb” əsərində bəhs etdiyi reseptdən faydalanmaq olar.
Hazırlayanların sınağından uğurla keçən resept olduqca sadədir.
Bal, kətan toxumu və zəncəfildən ibarət olan qarışımdan öskürəyin çox şiddətləndiyi anlarda bir çay qaşığı istifadə etmək olar.
Necə hazırlanır?
Əvvəlcə kətan toxumlarını tavada yaxşıca qızardın.
Bu proses zamanı kətan toxumunun daxilindəki yağlar üzə çıxacaq. Sonra təbii balı qovrulmuş kətan toxumu ilə qarışdırın. İstəsəniz, bu qarışıma zəncəfil əlavə edə bilərsiniz.
Zəncəfil və balın birləşməsi yuxarı tənəffüs yollarının infeksiyalarına səbəb olan virus və bakteriyalarla mübarizə aparmağa kömək edir. Bal boğaza yumşaldıcı təsir göstərir. Kətan toxumu isə öksürəyi kəsir.