Zeytun yağı və limon sağlamlığımız üçün faydalı olan iki fərqli qidadır.
Medicina.az xəbər verir ki, C vitamini mənbəyi olan limon immuniteti gücləndirir və ürək sağlamlığını qoruyur.
Zeytun yağının faydaları isə saymaqla bitməz. Xərçəngə qarşı qoruyucu təsiri ilə olan zeytun yağı ürək sağlamlığını dəstəkləyir, xolesterin səviyyəsini balansda saxlayır.
Zeytun yağı, həmçinin xroniki xəstəlik riskini azaldır və iltihabı aradan qaldırır.
Mütəxəssislər bildirirlər ki, zeytun yağına limon şirəsi əlavə etdikdə bu iki qidanın effekti daha da artır.
Bu qarışım həzm sistemini yaxşılaşdırır, həzm fermentlərinin istehsalını artıraraq qəbizliyə son qoyur. Zeytun yağı və limon qarışığı qəbizliyin qarşısını almaq üçün ən təsirli təbii vasitədir.
Böyrək daşlarından xilas olmaq üçün də bu qarışımdan faydalanmaq olar.
Araşdırmalara görə, zeytun yağında olan antioksidantlar döş və həzm sistemində xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Eyni zamanda limonun güclü təsiri sayəsində xərçəng hüceyrələrinin böyüməsinin qarşısı alına bilər.
Zeytun yağı və limonun birlikdə istehlakı dəri üçün də faydalıdır. Belə ki, dəridəki incə cizgiləri və qırışları azaldır, qocalma əlamətlərinin qarşısını alır. Dəri daha canlı və parlaq görünür.
Zeytun yağı və limon dəridəki yaraların daha tez sağalmasına kömək edir. Yara nahiyəsində iltihabı aradan qaldırır, dəri toxumasını yeniləyir və çapıqların görünüşünü azaldır.
Zeytun yağı və limon qarışımının güclü təsiri üçün 10 damcı limon suyunu 1 qaşıq zeytun yağına sıxmaq kifayətdir. Yaxşıca qarışdırdıqdan sonra istehlak edə bilərsiniz.
Xüsusilə qəbizlik problemlərində təsirli olması üçün hər səhər ac qarnına istehlak etmək məsləhətdir. Qarışımdan 15 gün istifadə etdikdən sonra fasilə vermək lazımdır.