Qorxudan araşdırma: 1 milyarddan çox insan bu problemdən əziyyət çəkir

1
Mar
2024
18:28

Dünyada bir milyarddan çox insan köklükdən əziyyət çəkir.

Azreform.info xəbər verir ki, bu barədə "Lancet" tibb jurnalında dərc edilən araşdırmada öz əksini tapıb.

2022-ci ilin məlumatlarına görə, bu insanların təxminən 880 milyonu böyüklər, 159 milyonu isə uşaqlardır.

1990-2022-ci illəri əhatə edən araşdırma, uşaq və yeniyetmələr arasında piylənmə nisbətinin dörd dəfə artdığını üzə çıxarıb. Yetkinlərdə bu nisbət qadınlarda iki dəfə, kişilərdə isə demək olar ki, üç dəfə artıb.

Eyni zamanda, çəkisi az olan yetkinlərin nisbəti 50% azalıb, lakin tədqiqatçılar bunun xüsusilə yoxsul ölkələrdə aktual problem olaraq qaldığını vurğulayırlar.

Tədqiqatın müəlliflərindən biri olan Dr Quha Pradeipa koronavirus pandemiyası və Ukraynadakı müharibə kimi qlobal problemlərin pis qidalanmanın artmasında rol oynadığını söyləyib.

Billurə