Azreform.info Al Ekhbariya telekanala istinadən xəbər verir ki, 129 min litr yanacaqla altı yanacaq tankeri Rəfah sərhəd-keçid məntəqəsindən Qəzza zolağına gəlib.
Telekanalın məlumatına görə, anklava tankerlər gəlməkdə davam edir. Bundan əlavə, on bir təcili yardım maşını və üç avtobus Misir ərazisindən sektorun şimalındakı Əl-Şifa tibb kompleksinə yola düşüb. Onlar yerində yardım göstərəcək və İsrail qüvvələri tərəfindən mühasirəyə alınan xəstəxanadan xəstələrin təxliyyəsində iştirak edəcəklər.
Telekanalın məlumatına görə, atəşkəsin davam etdiyi iki gün ərzində humanitar yardım daşıyan 200-ə yaxın yük maşını Qəzzaya keçib.