Kürdəmirdə şəhid Aqil Alışovun xatirəsi anılıb

26
Noy
2023
14:30

Azreform.info Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Birliyin Kürdəmir rayon təşkilatı şəhid Aqil Alışovun 50 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu, Kürdəmir rayon İcra Hakimiyyət numayəndələri, Qarabağ Veteranlar Şurasının Kurdəmir rayon şòbəsi, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin İtkinlərlə iş üzrə region koordinatoru, Qarabucaq qəsəbə İcra nümayəndəsi, məktəblilər iştirak edib.

Tədbirdən sonra Mustəqil Həmkarlar Birliyinin yeni üzvlərinə vəsiqələr verilib.