"Husi"lər İsrail gəmisinə raket zərbələri endirdi

21
Fev
2024
01:21

"Husi"lərin “Ənsar Allah” hərəkatı Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə raket zərbəsi endirib.

Azreform.info xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyan özünün “X” səhifəsində yazıb.

“Yəmən Hərbi Dəniz Qüvvələri bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə qarşı əməliyyat keçirib”, - deyə hərəkatın sözçüsü bildirib.