Eyfel qülləsi ziyarətçilərə bağlandı

20
Fev
2024
20:35

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi ziyarətçilərə bağlanıb.

Azreform.info xəbər verir ki, Parisdə turistlərin məşhur məkanı olan qüllənin bağlanmasına səbəb həmkarlar ittifaqının çağırışı ilə Eyfelin işçilərinin tətil etməsidir.

Belə ki, Fransa mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Qeyd edək ki, qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.