Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Azreform.info-ya DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.