Azreform.info xəbər verir ki, BMT -nın hesabatına görə, hər il 245 milyon qadın və qız intim partnyorları tərəfindən fiziki və/yaxud cinsi zorakılığa məruz qalır. Qadın və qızların 86 faizi zorakılığa qarşı güclü hüquqi müdafiəsi olmayan ölkələrdə yaşayır.
UNODC və BMT daha əvvəl açıqladığı qlobal hesabata görə, keçən il dünyada demək olar ki, 89,000 qadın və qız qəsdən öldürülüb. 2022-ci ildə qeydə alınan bu ən yüksək illik rəqəm son iki onillikdə rekorddur və qadın qətllərinin sayının azalmadığını göstərir.
2022-ci ildə qadınların qəsdən öldürülməsinin 55 faizi (təxminən 48,800) intim partnyorlar və ya digər ailə üzvləri tərəfindən törədilib. Məlum olub ki, hər gün dünyada orta hesabla 133-dən çox qadın və ya qız öz ailə üzvlərinin əlindən ölür.