Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var 

15
Fev
2024
17:35

Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralanların kimliyi bilinib

"Report"un Şimal burosunun məlumatına görə Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi zamanı Novruzov Üzeyir Telman oğlu aldıqı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə nəticəsində Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbeyov Cavid Murad oqlu və Memmedov Balakişi Perviz oqlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.