Daha bir məktəbli qızılcadan öldü

15
Fev
2024
13:00

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi vəfat edib.

Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, həmin şagird 14 yaşlı Nuray Süleyman qızı İbrahimovadır.

Yayılan məlumatın şərh bölümündə isə qeyd edilib ki, məktəbli qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.