Sumqayıtda zəncirvari yol qəzası olub, yaralılar var

14
Fev
2024
22:21

Sumqayıtda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Niyazi küçəsində baş verib.

“PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Hyundai"ın sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin - 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Fakt araşdırılır.