Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var - FOTO

11
Fev
2024
23:49

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.