Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Azreform.info a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Fevralın 10-u saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.