Qəzza zolağında İsrail ordusu ilə HƏMAS arasında 4 günlük atəşkəs başlayır

24
Noy
2023
09:53

Azreform.info xəbər verir ki, cümə günü yerli vaxtla səhər saat 7:00-dan  başlayaraq, Qəzza zolağında İsrail ordusu ilə HƏMAS hərəkatı arasında dörd günlük atəşkəs başlayır. Bu, oktyabrın 7-də münaqişə qızışmağa başlayandan sonra tərəflər arasında əldə olunan ilk mühüm razılaşmadır. Bu barədə ərəb kanalı AjaNews məlumat yayıb.

Razılaşma çərçivəsində tərəflər Qətərin vasitəçiliyi ilə bir-birləri tərəfindən saxlanılan girov və məhbusların azad edilməsi üçün döyüş əməliyyatlarının dörd gün müddətinə dayandırılması barədə razılığa gəliblər.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ansarinin sözlərinə görə, Qəzza zolağında humanitar atəşkəs cümə günü yerli vaxtla saat 07:00-da  başlayacaq. İlk gündə 13 israilli girov dəyişdiriləcək, onlar yerli vaxtla saat 16:00  təhvil veriləcək. Mübadilə edilməsi planlaşdırılan girovların ümumi sayı 150 fələstinli əsir üçün 50 israilli, əksəriyyəti qadın və uşaqlardır.