“Qarabağ” və “Neftçi” reytinqdə irəlilədi

10
Fev
2024
12:21

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Azreform.info ” qurumun saytına istinadən xəbər verir ki, siyahıda 403 komanda yer alıb.
Azərbaycan təmsilçilərindən "Qarabağ" 146.5 xalla 70-cidir. Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəlləyib.

"Neftçi" 57.5 xalla 398-cidir. Paytaxt təmsilçisi son reytinqdə 53.75 xalla 469-cu idi.

Siyahıya 359 xalı olan "Mançester Siti" liderlik edir. "Real" 332 xalla 2-ci, "İnter" isə 281 xalla 3-cüdür.